...

AzTV-nin əməkdaşları Şuşadan, azərbaycanlıların etiraz aksiyası keçirdiyi ərazidən maraqlı reportaj hazırlayıb (FOTO)

Cəmiyyət Materials 14 Dekabr 2022 22:46 (UTC +04:00)
AzTV-nin əməkdaşları Şuşadan, azərbaycanlıların etiraz aksiyası keçirdiyi ərazidən maraqlı reportaj hazırlayıb (FOTO)

Bakı. Trend:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) əməkdaşları Şuşadan, azərbaycanlıların etiraz aksiyası keçirdiyi ərazidən maraqlı reportaj hazırlayıb.

QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən Trend-ə verilən məlumatına görə, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası davam edir. Aksiyaçılar “Ekoloji terrora son!”, “Qanunsuz istismara son!” şüarları səsləndirərək, ermənilərin təbii sərvətlərimizi talamasına etiraz edirlər.

Eyni zamanda, Şuşa-Xankəndi yolunda keçirilən aksiyada iştirak edən ekofəallar sülh mesajı olaraq havaya göyərçin buraxıblar. Aksiya iştirakçıları tərəfindən havaya 44 ədəd göyərçin uçurulub.

44 rəqəmi Azərbaycanın qalib dövlət kimi güclü mövqeyini, əldə etdiyi tarixi zəfəri simvolizə edir.

Aksiya iştirakçıları Laçın yolu vasitəsilə dinc erməni əhalisinə məxsus mülki maşınların, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazır olduqlarını qeyd edirlər.

Materialın linki: https://youtu.be/L1RweHA_IkU

Məqalədə:
Xəbər lenti

Xəbər lenti