...

Şəhid Kamal Mirzəliyevin anım mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Dekabr 2022 13:15 (UTC +04:00)

Bakı. Trend:

Bu gün 15.12.2021-ci il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Mirzəliyev Kamal Əjdər oğlunun şəhadətə ucaldığı gündən iki il ötür.

Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhidin hərbiçi yoldaşları, Milli Məclisin deputatı Aydın Hüseynov, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri iştirakı ilə şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə əklil qoyulub.

Daha sonra şəhidin ailəsi ziyarət olunub. Şəhidin valideynləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirib və Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.

Daha sonra şəhid ailəsinin ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə cənab Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti