Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Köhnə Xudat kəndində qəbul keçirib.
Qəbulda Köhnə Xudat İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə daxil olan Köhnə Xudat, Seyidlər, Digahoba, İdrisoba və Fərzəlioba kəndlərinin eləcədə Aşağı Ləgər qəsəbəsinin sakinləri iştirak edib.
Görüş iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər .
Daha sonra fərdi qaydada müraciət və təkliflər dinlənilib.
Sakinlər kəndlərarası yolun təmiri, elektrik təsərrüfatının
yenilənməsi, əkin sahələrinin suvarılması üçün əlavə subartezian
quyusunun qazılması, yeni bağça binasının inşası və digər sosial
məsələlərlə bağlı müraciətlər səsləndiriblər
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda Vətən müharibəsinin iştirakçılarına təltif olunduqları medallar təqdim olunub.