Bakı. Trend:
Dövlət Məşğulluq Agentliyinin İctimai işlər portalı üzrə işlər yekunlaşıb.
Trend-in məlumatına görə, bunu bu gün Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, portalın yanvar ayından fəaliyyətə başlaması gözlənilir.
Qeyd edək ki, portal vasitəsilə haqqı ödənilən ictimai işlərin təşkili üzrə bütün tərəflərin fəaliyyətinin vahid platformadan idarə edilməsi, kvotaların müəyyənləşdirilməsi və bölüşdürülməsi, göndəriş verilmiş işsiz şəxslərin təhkim bildirişlərinin elektron şəkildə formalaşdırılması, ictimai işlərə qəbul edilmiş şəxslərin işəmuzd və ya aylıq iş tabellərinin elektron şəkildə formalaşması, əməkhaqlarının portal vasitəsi ilə elektron qaydada ödənilməsinin tənzimlənməsi mümkün olacaq.