...

“Həkimlərimizi tanıyın!” rubrikası Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkim-nevroloq və EEQ mütəxəssisi Mənsumə Talıbovanı tədim edir

Cəmiyyət Materials 27 Dekabr 2022 10:01 (UTC +04:00)
“Həkimlərimizi tanıyın!” rubrikası Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkim-nevroloq və EEQ mütəxəssisi Mənsumə Talıbovanı tədim edir

Bakı. Trend:

Dr. Mənsumə Talıbova Mərkəzi Gömrük Hospitalında sinir sisteminin damar xəstəlikləri, baş beyin və onurğa beyin travmaları, epilepsiya, miasteniya, periferik sinir sisteminin xəstəlikləri, osteoxondrozlar, irsi xəstəliklər, sinir sisteminin infeksion xəstəlikləri, uşaq serebral ifliclər, sinir sisteminin funksional pozğunluqları və nevrozların müalicəsini həyata keçirir.

Dr. Mənsumə Talıbova 1981-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 1981-1982-ci illərdə 1 nömrəli Klinik Psixiatrik xəstəxanasında internatura keçmişdir. Əmək fəaliyyətinə 1983-cü ildə başlayaraq, 2011-ci ilə qədər müddətdə dövlət və özəl tibb müəssisələrində psixonevroloq, həkim-nevroloq və şöbə müdiri vəzifələrində çalışıb.

Təcrübəli həkim Mənsumə Talıbova özünə qarşı tələbkar və məsuliyyətlidir. O, dünya tibb elminin son nailiyyətlərini daim izləyir, öyrənir və bu təcrübədən yararlanaraq öz fəaliyyətində istifadə edir. O, 2010-cu ildə Fransanın Nitsa şəhərində keçirilən “Baş ağrıları və miqren” mövzusunda seminarda, 2011-ci ildə Avstriyanın Zalsburq şəhərində “Serebral xəstəliklərinin müalicəsi”, 2013-cü ildə Türkiyənin Uludağ şəhərində keçirilən “Nevrologiya günləri”ndə, “Epilepsiya, miqren və dağınıq skleroz, diaqnostik və müalicəvi üsulları” konfransında, 2014-cü ildə Fransanın Nitsa şəhərində 23-cü Avropa konfransında, 2015-ci ildə Bakı şəhərində “Korvitinin kardioloji və nevroloji praktikada istifadəsi” mövzusunda konfransda iştirak etmişdir. Dr.Mənsumə Talıbova Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 13-14 sentyabr 2022-ci il tarixlərində Lənkəran Rayon Mərkəzi Xəstəxanasında keçirilən ödənişsiz tibbi-sosial aksiyada Lənkəran rayonundan olan şəhid və qazi ailələrinə öz sahəsi üzrə tibbi xidmət göstərmişdir.

2011-ci ildən Dr. Mənsumə Talıbova Mərkəzi Gömrük Hospitalında həkim-nevroloq və EEQ mütəxəssisi kimi çalışır. Dr.Mənsumə Talıbovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/mensume-talibova/#

Məqalədə:
Xəbər lenti

Xəbər lenti