...

Xəstəlik bülletenlərinin elektronlaşdırılması ilə bağlı işlərə başlanıb

Cəmiyyət Materials 29 Dekabr 2022 12:09 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildən xəstəlik üçün alınan bülletenlər elektronlaşdırılacaq.

Trend-in məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) direktoru Kənan Əkpərov bu gün ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Səhiyyə Nazirliyi ilə bu istiqamətdə iş aparılır:

"Bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər də olacaq. Sistem elektronlaşandan sonra işçilərin hər hansı xəstəlik və ya hamiləliyə görə alacaqları kağız sənədlər artıq elektron platformadan yönləndiriləcək".

Xəbər lenti

Xəbər lenti