Bakı. Trend:
Qanunsuz ağac kəsintisi cinayət məsuliyyəti yaradacaq.
Trend-in məlumatına görə, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, ağacların qanunsuz kəsintisi hələ də davam edir.
"Lazımi qədər tədbirlər görülsə də, bu faktlar bu gün də qalmaqdadır. Ötən il nazirlik olaraq bəzi qərarlarda dəyişiklik etdik. Kəsilən ağacın bərpası ilə bağlı cərimə 4 dəfə artırılıb. Artıq şirkət dəymiş ziyanı 4 dəfə artıq ödəyir. Ödənişlərin daha da artırılması ilə bağlı nazirlik aidiyyəti qurumlara müraciət edib. Qərara görə, vəzifəli şəxs tərəfindən 12-20 diametrli ağacın kəsilməsi cinayət məsuliyyəti yaradacaq. Hansısa şirkətin 12, diametrli ağacı kəsməsi də cinayət məsuliyyəti yaradacaq. Qərar qüvvəyə minəndən sonra bu qaydalar tətbiq ediləcək",- H.Əlizadə deyib.