Bakı. Trend:
Prezident İlham Əliyev Sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Trend-in məlumatına görə, fərmana əsasən, dəfn üçün sosial müavinətin məbləği 500 (beş yüz) manat müəyyən olunub.
Dəyişiklik 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.