...

Təhsil tələbə krediti üçün qeydiyyat bu tarixdə yekunlaşacaq

Cəmiyyət Materials 16 Yanvar 2023 14:09 (UTC +04:00)
Təhsil tələbə krediti üçün qeydiyyat bu tarixdə yekunlaşacaq

Bakı. Trend:

16 fevral saat 00:00-dan etibarən 2022-2023-cü tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti üçün qeydiyyat yekunlaşacaq.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, yaz semestri üzrə təhsil krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə Təhsil Tələbə Krediti Fonduna elektron formada müraciət edə bilərlər.

Payız semestri üzrə alınan notarial qaydada təsdiqlənmiş ərizə yaz semestri üçün də keçərlidir.

Qeydiyyat linki: www.e-ttkf.edu.az

Qeyd edək ki, 2022-2023 tədris ilinin payız semestrində ümumilikdə 5560 tələbə təhsil kreditindən yararlanıb. Onlardan 2120-si sosial, 3440-ı standart kreditdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti