Bakı. Trend:
Azərbaycanda dövlət qulluqçularının reyestri yaradılacaq.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət qulluğu haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, dövlət qulluqçularının reyestri dövlət qulluqçulan (o cümlədən stajçı kimi və sınaq müddəti ilə qulluğa qəbul edilmiş şəxslər, habelə dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatlardan ibarət dövlət informasiya ehtiyatıdır.
Dövlət qulluqçulan reyestri müvafiq icra hakimiyyəti müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq. Qanunun 15-3.3-cü maddəsində nəzərdə tutulan qaydanın tələblərinin pozulması qanunla nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olacaq.