...

Azərbaycanda son sutkada vaksinasiya olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 20 Yanvar 2023 16:36 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada 474 nəfər vaksinasiya olunub.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 215, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 98, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 131, pozitiv nəticədən sonra buster doza vaksin olunanların sayı isə 30-dur.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 939 457, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 400 834, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 581, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 396 980, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 062 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti