Bakı. Trend:
Bakı Apellyasiya Məhkəməsində Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılması ilə bağlı verilən qərardan apellyasiya şikayətinə baxılıb.
Trend-in məlumatına görə, prosesdə şikayət araşdırılıb və qərar qəbul edilib.
Məhkəmənin qərarı ilə şikayət təmin edilməyib.
Qeyd edək ki, B.Hacıyev CM-in 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) maddələri ilə ittiham olunub və ötən il dekabrın 9-da barəsində 1 ay 20 gün həbs qəti imkan tədbiri seçilib. Bir neçə gün öncə isə B.Hacıyev barəsindəki həbs qəti imkan tədbirinin müddəti bir az uzadılıb.