...

İran polisinin yalanlarının daha bir sübutu (VİDEO)

Cəmiyyət Materials 27 Yanvar 2023 13:36 (UTC +04:00)
İran polisinin yalanlarının daha bir sübutu  (VİDEO)

Bakı. Trend:

Səfirliyimizə hücumla bağlı İran polisinin yalanlarının sübutu olan daha bir görüntü yayılıb.

Videodan aydın olur ki, İran hüquq-mühafizə orqanının əməkdaşı heç bir şey etmir.

Terrorçu pusquda durub və əməkdaşımız gələn kimi hücum edir. Onun yanında heç bir uşaq yoxdur, qapıda duran iranlı polisi öldürmür. Məqsəd Azərbaycan səfirliyində olan bütün azərbaycanlıları öldürmək olub.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Xəbər lenti

Xəbər lenti