...

AZAL Vyanaya uçuşlara başlayır

Cəmiyyət Materials 1 Fevral 2023 11:51 (UTC +04:00)
AZAL Vyanaya uçuşlara başlayır

Bakı. Trend:

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Avropa istiqamətlərini sürətlə inkişaf etdirməkdə davam edir və mayın 2-dən etibarən yeni Bakı-Vyana-Bakı marşrutuna start verir.

AZAL-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Avstriyanın paytaxtı Vyana yüksək turist cəlbediciliyinə malik bir şəhərdir və Avropanın mədəni və tarixi mərkəzi hesab olunur.

Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günü yerinə yetiriləcək.

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış ola bilərsiniz. Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti