...

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 5 894-ə çatıb

Cəmiyyət Materials 8 Fevral 2023 01:12 (UTC +04:00)
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 5 894-ə çatıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 5 894-ə yüksəlib.

Trend xəbər verir ki, bunu Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay deyib.

Onun sözlərinə görə, yaralıların sayı 34 810 nəfərə çatıb.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti