...

Bəxtiyar Hacıyev müalicə müəssisəsinə köçürülüb

Cəmiyyət Materials 11 Fevral 2023 11:37 (UTC +04:00)
Bəxtiyar Hacıyev müalicə müəssisəsinə köçürülüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Həbsdə olan Bəxtiyar Hacıyev Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Bu barədə Trend-ə B.Hacıyevin vəkili Zibeydə Sadıqova deyib. O bildirib ki, B.Hacıyevin müalicə müəssisəsinə köçürülməsi barədə onun qardaşına məlumat verilib.

Xatırladaq ki, B.Hacıyev xuliqanlıqda təqsirləndirilərək məhkəmə qərarı ilə barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib. Daha sonra onun barəsindəki həbs qətimkan tədbirinin müddəti fevralın 28-nə qədər uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti