...

Ötən il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı mərkəzinə 216 mindən çox müraciət daxil olub

Cəmiyyət Materials 14 Fevral 2023 11:12 (UTC +04:00)
Ötən il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı mərkəzinə 216 mindən çox müraciət daxil olub
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci il ərzində “1542” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı mərkəzinə ümumilikdə 216 252 müraciət daxil olub.

Trend-in məlumatına görə, bunu Çağrı mərkəzinin rəhbəri Nərminə Ramazanova jurnalistlərə açıqlamasında bildirib.

"Çağrı mərkəzinin icbari tibbi sığorta ilə bağlı xəttinə 42 694, əlillik məsələləri ilə bağlı xəttinə 12 489, koronavirusla bağlı xəttinə 6471, operator ilə əlaqə xəttinə isə 154 598 müraciət daxil olub. Bütün müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən məsələlər aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıblar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti