...

Etibar Mirzəyev zəlzələ bölgəsində toplantı keçirib (FOTO)

Cəmiyyət Materials 14 Fevral 2023 12:48 (UTC +04:00)
Etibar Mirzəyev zəlzələ bölgəsində toplantı keçirib (FOTO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə zəlzələ bölgəsindəki qərargahında toplantı keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, toplantı Kahramanmaraş rayonu ərazisində təşkil edilmiş FHN-in xilasetmə qüvvələrinin qərargahında fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevin iştirakı ilə keçirilib.

Toplantıda hazırki əməliyyat şəraiti, əldə edilmiş nəticələr müzakirə edilib. Həmçinin, atılacaq növbəti addımlar, o cümlədən göndərilən humanitar yardımların məntəqələrə çatdırılması və təhvil verilməsi məsələləri nəzərdən keçirilib, müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. Xilasedicilərimiz dağıntılar altından 53 nəfəri sağ, 655 nəfərin isə meyitini çıxararaq təhvil veriblər.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Xəbər lenti

Xəbər lenti