...

Əmək bazarı üzrə işçi qrupun növbəti iclası olub

Cəmiyyət Materials 17 Fevral 2023 09:26 (UTC +04:00)
Əmək bazarı üzrə işçi qrupun növbəti iclası olub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, işçi qrupunda təmsil olunan dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və biznes strukturlarının nümayəndələri iştirak edib.

İclasda ölkəmizdə əmək bazarının inkişafına, aktiv məşğulluq proqramlarının genişləndirilməsinə yönələn islahatların ötən il də davam etdirildiyi, həmçinin əməkhaqqı islahatlarının ardıcıl xarakter aldığı diqqətə çatdırılıb. Aparılan bu islahatların əsas beynəlxalq indekslərdə Azərbaycanın əmək bazarı üzrə göstəricilərinə müsbət təsiri qeyd olunub. 2022-ci il üzrə Fəaliyyət Planı əsasında işçi qrup tərəfindən məqsədyönlü işlərin görüldüyü diqqətə çatdırılıb.

İclasda işçi qrupunun 2022-ci il üzrə Fəaliyyət Planının icra hesabatı təqdim edilib, bu il üzrə nəzərdə tutulmuş tədbirlər müzakirə olunub. Əlverişli Biznes Mühiti Hesabatının “İşçi Qüvvəsi” indikatoru üzrə təsdiq edilmiş Yol Xəritəsinə dair görülmüş işlər diqqətə çatdırılıb.

Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən əmək bazarına dair aparılmış tədqiqatın nəticələri təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti