...

Tələbələrə nəqliyyat güzəştlərinin tətbiqinə ehtiyac var - Ceyhun Məmmədov

Cəmiyyət Materials 17 Fevral 2023 11:41 (UTC +04:00)
Tələbələrə nəqliyyat güzəştlərinin tətbiqinə ehtiyac var - Ceyhun Məmmədov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Tələbələrə təhsil məqsədilə həm daxili, həm də xarici nəqliyyat vasitələrindən istifadə üçün müəyyən güzəştlərin tətbiqinə baxılmasına ehtiyac var.

Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, təyyarə biletlərinin qiymətinin yüksək olması səbəbindən tələbələrin ölkəyə qayıtmasında çətinlik yaşanır.

“Buna görə də tələbələrin çoxu qış tətilini Azərbaycanda deyil, məhz təhsil aldıqları ölkədə keçirməli olurlar. Başqa məsələ isə odur ki, Türkiyədə zəlzələ səbəbindən təhsilin distant formada olmasından orada təhsil alan azərbaycanlı tələbələrin bir hissəsi Azərbaycana qayıdıb. Onların kitabları və istifadə etdikləri dərs vəsaitləri orada qalıb. Amma təyyarə biletlərinin baha olmasından qayıdıb götürə bilmirlər.

Ölkə rəhbərliyinin təhsilə böyük önəm verməsini nəzərə alaraq müvafiq dövlət qurumları bu sahədə araşdırma aparıb aidiyyəti qurumlara təkliflərini verməlidir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti