...

Ağalı kəndində doğulan ilk körpənin valideyninə həmin kənddəki “Smart DOST” vasitəsilə xidmət göstərildi (FOTO)

Cəmiyyət Materials 1 Mart 2023 17:52 (UTC +04:00)

Bakı. Trend:

İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində dünyaya gələn ilk körpənin valideyninə proaktiv olaraq uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Ağalı kəndindəki “Smart DOST” məntəqəsində yeni doğulan Zeynallı Turanın valideyninə bununla bağlı müvafiq xidmət göstərilib.

Həmçinin ona kənddə yerləşən müvafiq bank filialından 500 manat məbləğində müavinəti ala biləcəyi qeyd olunub.

Uşağın atası Teymur Zeynalov Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətində çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti