...

Bu gün Bakının 370 küçəsi yuyulub (FOTO)

Cəmiyyət Materials 4 Mart 2023 19:36 (UTC +04:00)
Bu gün Bakının 370 küçəsi yuyulub (FOTO)

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə bu gün, martın 4-də Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə paytaxtda təmizlik və abadlıqla bağlı geniş ümumşəhər iməcliyi keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 370 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.

Daxili iməclikdə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları ilə yanaşı müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də yaxından iştirak ediblər.

Paytaxtın bütün rayonlarını əhatə edən belə iməcliklər mütəmadi olaraq davam etdiriləcək və bu işlər öz növbəsində Bakı şəhərinin daha da gözəlləşdirilməsinə, əziz Novruz Bayramını xoş əhval-ruhiyyə ilə qarşılanmasına böyük töhfə olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti