...

Vətəndaşlara şablon cavablar verilir - Ombudsman

Cəmiyyət Materials 7 Mart 2023 12:01 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Vətəndaşlara verilən göndərişlərin natamam doldurulması, əlavə müalicəyə ehtiyacın olması kimi şablon cavablar verilir və nəticədə əlillik dərəcəsinin qiymətləndirilməsindən imtina edilir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Milli Məclisdə 2022-ci il üzrə illik məruzəni təqdim edərkən deyib.

O həmçinin qeyd edib ki, bu sahədə Ombudsman Aparatı hansı konkret təkliflərlə çıxış edib.

“Parkinson xəstəsi olan şəxslərin əlillik dərəcəsinin qiymətləndirilməsi müvafiq orqan tərəfindən niyə vaxtında düzgün həyata keçirilmir və insanlar incidilir. Yalnız Ombudsmanın müdaxiləsindən sonra bu cür insanların problemləri həll olunmuş olur”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti