...

Həkim qəbuluna yazılmaq üçün randevu modulunun tətbiqi nəzərdə tutulur

Cəmiyyət Materials 15 Mart 2023 12:52 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Gələcəkdə həkim qəbuluna yazılmaq üçün randevu modulunun tətbiqi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İT və İnnovasiyalar idarəsinin şöbə müdiri Nicat Kərimov deyib.

Onun sözlərinə görə, “e-Tabib” istifadəçiləri “Faydalı məlumatlar” bölməsindən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrini tətbiqdəki xəritə üzərindən görə bilər, ən yaxın olan tibb müəssisəsini seçərək mobil telefonlarında olan naviqasiya tətbiqləri ilə əlaqələndirə bilərlər:

"Əlavə olaraq, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərlə, Milli peyvənd təqvimi, ən çox verilən suallarla tanış ola bilərlər. Milli peyvənd bölməsində valideynlər uşaqları üçün lazımı peyvəndləri görə bilərlər. Ümid edirik ki, bu körpə uşaqların peyvəndlənməsində müəyyən qədər rol oynayacaq".

Qeyd edək ki, yenilənmiş "e-Tabib" mobil tətbiqi təqdim olunub. Tətbiqin əvvəlki versiyası yalnız koronavirusla bağlı funksionallıqdan ibarət idi, indi isə vətəndaşlar tibb müəssisəsinə müraciət etdikdə həkim tərəfindən təyin olunmuş diqanozları, tibb müəssisəsi tərəfindən göstərilmiş tibbi xidmətləri görə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti