...

“Azərbaycan Dəmir Yolları” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

Cəmiyyət Materials 16 Mart 2023 18:24 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq. O cümlədən, sərnişindaşıma xidmətinin təhlükəsiz, rahat və vaxtında təmin edilməsi istiqamətində əlavə tədbirlər planı həyata keçiriləcək.

Bu barədə QSC-dən Trend-ə bildirilib.

Belə ki, Novruz bayramında artan sərnişin tələbatı nəzərə alınaraq, 20, 22, 24 mart tarixlərində Bakı-Qəbələ, 21, 23, 25 mart tarixlərində isə Qəbələ-Bakı istiqamətində reyslərin sayı artırılıb.

Bakı-Qəbələ marşrutu üzrə qatar Bakıdan saat 08.00-da yola düşərək mənzil başına saat 11:20-də çatacaq. Qəbələdən Bakıya saat 19:00-da yola düşən qatar isə saat 22:20-də Bakı Dəmiryol Vağzalına çatacaq.

ADY, həmçinin ölkə daxili sərnişin daşıma xidmətləri çərçivəsində Bakı-Ağstafa marşrutu üzrə 18 mart tarixinə əlavə 2 reys, 1920 mart tarixlərinə isə əlavə 1 reys təyin edib.

Qeyd edək ki, 18 mart tarixində sərnişin qatarı saat 08:25, 08:4517.00-da Bakıdan Ağstafaya yola düşəçək. Qatarın yolda olma müddəti 4 saat 55 dəqiqədir.

1920 mart tarixlərində isə sərnişin qatarı hər gün saat 08:25 08:45-də Bakıdan Ağstafaya yola düşəçək.

Bayram günlərində Abşeron Dairəvi Dəmiryolu xətti üzrə həyata keçirilən sərnişin daşımalara gəlincə isə qatarlar istirahət günlərindəki ənənəvi qrafikə uyğun hərəkətdə olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti