...

Azərbaycanda daha 25 nəfər COVID-19-a yoluxub

Cəmiyyət Materials 24 Mart 2023 23:08 (UTC +04:00)
Azərbaycanda daha 25 nəfər COVID-19-a yoluxub

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında ölən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 829 328 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 819 328 nəfər müalicə olunaraq sağalıb, 10 153 nəfər vəfat edib, aktiv xəstə sayı 160 nəfərdir.

Ölkədə son sutka ərzində 353, hazırkı dövrədək isə 7 551 588 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti