...

Bir neçə restoran, aptek və marketdə nöqsanlar aşkarlanıb - Siyahı

Cəmiyyət Materials 13 Aprel 2023 18:18 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 14 ticarət müəssisəsi, o cümlədən 12 aptek və 5 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 13 müəssisədə nöqsanlar müəyyən olunub.

AQTA-dan Trend-ə verilən məlumata görə, bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 4, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 9, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 3, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 3, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 1, istifadə müddəti bitmiş bioloji aktiv qida məhsullarının satışı ilə bağlı 1 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti