...

ASAN könüllülərinin "Əsgərə məktub" layihəsi davam edir

Cəmiyyət Materials 15 Aprel 2023 16:51 (UTC +04:00)
ASAN könüllülərinin "Əsgərə məktub" layihəsi davam edir

Bakı. Trend:

Müdafiə Nazirliyinin N hərbi hissəsində “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində "Şanlı Aprel" döyüşlərinin 7-ci ildönümü və "Əsgərə Məktub" layihəsinin 7 yaşı ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə “Əsgərə Məktub” layihəsi çərçivəsində “ASAN xidmət” mərkəzlərində vətəndaşlarımız tərəfindən yazılmış məktublar və “Əsgərə Kitab” aksiyası çərçivəsində toplanan kitablar əsgərlərə təhvil verilib.

ASAN könüllüsü olan “Vətən Müharibəsi Qəhrəmanı” şəhid mayor Anar Şükürovun oğlu Ümüd Şükürlü tədbirdə çıxış edərək qəhrəman atası və şanlı ordumuzla bağlı hisslərini əsgərlərimizlə bölüşüb.

Daha sonra “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının musiqi qrupunun üzvlərinin vətənpərvərlik ruhunda ifaları səsləndirilib.

Sonda hərbi hissə ərazisində ekskursiya baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti