...

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Çeyildağ qəsəbəsində səyyar qəbul keçirib (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2023 16:20 (UTC +04:00)
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Çeyildağ qəsəbəsində səyyar qəbul keçirib (FOTO)

Bakı. Trend:

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Çeyildağ qəsəbəsində səyyar qəbulu keçirilib.

Trend xəbər verir ki, səyyar qəbuldan əvvəl Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı və Şəhidin valideynləri Çeyildağ qəsəbəsində yerləşən Vətən Müharibəsi Şəhidi Qədirov Şahin Bayram oğlunun xatirə lövhəsinin önünə gül dəstələri qoydular. Sonra, səyyar görüşün keçirildiyi məktəbin önündə ucaldılmış Şəhid Muradov Səyavuş Əlimurad oğlunun büstü önünə də İcra başçısı, müavinlər və şöbə müdirləri tərəfindən gül dəstələri qoyuldu.

Daha sonra isə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Çeyildağ qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Qəbulda Çeyildağ qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Keçirilmiş səyyar qəbulda 40-a yaxın qəsəbə sakinləri iştirak edib.

Sakinlərdən 12 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.

Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti