...

Formula 1-ə görə bağlanan yollar açılıb (VİDEO)

Cəmiyyət Materials 2 May 2023 09:34 (UTC +04:00)
Formula 1-ə görə bağlanan yollar açılıb (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saat 8:00-dan etibarən Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulan küçə və prospektlərdə hərəkət bərpa edilib.

Bu barədə Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

Onun sözlərinə görə, ilkin olaraq Neftçilər prospekti, Zərifə Əliyeva və İstiqlaliyyət küçələrində maneələr götürülməkdədir.

"Bu gün və sabah yol ayrıclarında quraşdırılmış bütün maneələr götürüləcək. Maneələrin aradan qaldırılması sürətlə davam etdirilir. Digər avadanlıqlar da mərhələli şəkildə söküləcək. Üç gün ərzində bütün maneələr söküləcək", - deyə A.Əsgərli qeyd edib.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində baş tutub. 24 aprel gecǝ 01:00-dan etibarən isə Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti