...

Bakı Ali Neft Məktəbi-Qars Qafqaz Universiteti - Heydər Əliyev-100 (FOTO)

Cəmiyyət Materials 3 May 2023 10:29 (UTC +04:00)
Bakı Ali Neft Məktəbi-Qars Qafqaz Universiteti - Heydər Əliyev-100 (FOTO)

Bakı. Trend:

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Türkiyənin Qars şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə keçirilən konfransa qatılıb.

Konfransda çıxış edən Elmar Qasımov bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığı dünyaya nümunədir: “Azərbaycan üçün xüsusi əhəmiyyətə malik Türkiyənin Qars şəhəri Ulu Öndər Heydər Əliyevin daim diqqət mərkəzində olub. Ümummilli Liderimiz dəfələrlə bu şəhərə səfər edib və Qars Qafqaz Universitetinin Fəxri doktoru adına layiq görülüb”.

Bakı Ali Neft Məktəbinin rektoru deyib ki, iki qardaş ölkə həm çətin, həm də xoş gündə hər zaman bir-birinin yanında olub. “Türkiyə 44 günlük Vətən müharibəsi zamanı yenə də Azərbaycanın yanında idi, hər cür mənəvi dəstək göstərirdi. Qardaş ölkədə ötən ayın əvvəlində baş verən güclü zəlzələ zamanı ilk köməyə gedən məhz Azərbaycan oldu. Cənab Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderlikləri ilə ölkələrimiz arasında formalaşan sıx münasibətlər digər türk dövlətləri arasındakı əlaqələrə də sirayət etməkdədir”. Rektor Türk dünyasının ortaq layihələri, strateji əhəmiyyətə malik Zəngəzur dəhlizinin Türk dünyasına verəcəyi faydadan da geniş söhbət açıb.

Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu düşmən üzərində qazanılan qələbəni bütün Türk dünyasının birliyi, zəfəri adlandırıb. İki qardaş ölkənin birliyinin əbədi olacağını vurğulayıb. Daha sonra əməkdaşlığa dair təkliflər müzakirə olunub.

Tədbirdə həmçinin Azərbaycan Milli Məclisinin üzvü Müşfiq Cəfərov və Türkiyə Böyük Millət Məclisinin üzvü Yunus Kılıç çıxış edib.

Səfər çərçivəsində BANM-in rektoru Elmar Qasımovla Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.

Xatırladaq ki, Türkiyədə səfərdə olan nümayəndə heyətinin tərkibində millət vəkilləri, qazilər, tanınmış ictimai xadimlər, media təmsilçiləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti