Bakı. Trend:
“Azercell Telekom” MMC bütün abunəçilərini mobil operatorun adından paylaşılan əsası olmayan təkliflərə, müxtəlif sosial media kanalları, “WhatsApp” tətbiqi, “iMessage”, SMS və s. üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə, sorğu və ismarışlara reaksiya verməməyə çağırır.
“Azercell Telekom”dan Trend-ə verilən məlumatda bildirilir ki,
müvafiq məzmunun Azercell-ə heç bir aidiyyəti yoxdur və reallığı
əks etdirmir.
Eyni zamanda, yarana biləcək əlavə xərclərin qarşısını almaq üçün
“Azercell Telekom” MMC öz abunəçilərinə şübhəli zəng və mesajları
cavablamamağı, etibar doğurmayan internet saytlardan istifadə
etməməyi, həmçinin cihaz və nömrə ilə bağlı təhlükəsizlik
tədbirlərinə əməl etməyi, telefonlarını nəzarətsiz qoymamağı,
şübhəli məzmunlu müxtəlif oyun, yarışma, iş və s. təkliflərdən
yararlanmamağı tövsiyə edir.