Bakı. Trend:
Nərimanov rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümumimillil Lideri, Ulu Öndər, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Trend xəbər verir ki, ilk öncə Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb, məzarları önünə gül dəstələri düzülüb.
Təşkil olunmuş tədbirdə Nərimanov rayon İcra Hakimiyyətinin Başçısı Elgin Həbibullayev Ulu Öndər Heydər Əliyevin həyat və faəliyyətinə həsr olunmuş məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycanı parçalanmaqdan və məhv olmadan xilas edən Ulu öndər Heydər Əliyev müasir və qüdrətli dövlətimizin əsasını qoyub.
İcra başçısı, bu gün Ulu Öndərin siyasi kursunun layiqli
davamçısı olan Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində Azərbaycanın
tarixi uğurlara imza atdığını, regionun gündəliyinin Azərbaycan
tərəfindən diktə olunduğunu bildirib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr
olunan videoçarx nümayiş olunub.
Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert proqramı ilə davam edib. Populyar və sevilən incəsənət nümayəndələrinin iştirakı ilə baş tutan konsert tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb. Konsertin sonunda təşkil olunan möhtəşəm atəşfəşanlıq gecəyə xüsusi rəng qatıb.