...

Cari ilin 4 ayında qanunsuz dövriyyədən 107 milyon 846 min manat dəyərində narkotik vasitə götürülüb

Cəmiyyət Materials 12 May 2023 20:34 (UTC +04:00)
Cari ilin 4 ayında qanunsuz dövriyyədən 107 milyon 846 min manat dəyərində narkotik vasitə götürülüb

Bakı. Trend:

Bu ilin dörd ayında aşkar edilmiş cinayətlərin 80-i qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən 604 kiloqram 284,7 qram və 190 ədəd metadon narkotik vasitə və psixotrop maddə müsadirə edilib. 879 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 577 kiloqram 807,8 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Trend xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü ilin yanvar-aprel aylarının yekununa dair məlumatda öz əksini tapıb.

Qanunsuz dövriyyədən götürülmüş 3 ton 112 kiloqram 209,614 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 107 milyon 846 min AZN kimi qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti