...

Nazirlik sertifikatlaşdırmada iştirak edəcək müəllimlərə müraciət edib

Cəmiyyət Materials 18 May 2023 13:09 (UTC +04:00)
Nazirlik sertifikatlaşdırmada iştirak edəcək müəllimlərə müraciət edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 18-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı ilə bağlı məlumat iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

Bu barədə Trend-ə Elm və Təhsil nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, 20-23 iyun tarixlərində ibtidai sinif, 24 iyunda isə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən təhsilverənlər sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb olunacaqlar.

Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.

Portal.edu.az platformasının “Sertifikatlaşdırma” altsistemindən istifadə üçün hazırlanmış təlimat videosuna keçidə daxil olaraq baxa bilərsiniz:

https://youtu.be/lpLKFasQtm4

Məqalədə:
Xəbər lenti

Xəbər lenti