...

Elektroenergetikanın inkişafı üzrə yeni dövlət proqramları qəbul ediləcək

Cəmiyyət Materials 19 May 2023 15:58 (UTC +04:00)
Elektroenergetikanın inkişafı üzrə yeni dövlət proqramları qəbul ediləcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbycanda elektroenergetikanın inkişafı üzrə dövlət proqramları qəbul ediləcək.

Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən təsdiq edilən "Elektroenergetika haqqında" yeni qanunda öz əksini tapıb.

Qanuna əsasən, elektroenergetikanın inkişafı məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfındən qısamüddətli (5 il müddətinə), orta müddətli (5 ildən 10 ilədək müddətə) və uzunmüddətli (10 ildən yuxarı müddətə) dövlət proqramları qəbul edilir.

Dövlət proqramı layihələrinin 'Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirmə (SEQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti