...

Bakıda bu mənzillərin qiyməti bahalaşdı

Cəmiyyət Materials 23 May 2023 13:50 (UTC +04:00)
Bakıda bu mənzillərin qiyməti bahalaşdı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Aprel ayında Bakıda mənzil bazarında da qiymət artımları davam edib.

Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

CESD tərəfindən keçirilən monitorinqə əsasən, qeyd olunan ay həm fərdi həyət evlərinə, həm də yaşayış binalarında olan mənzillərə tələbin artması müşahidə olunub.

Fərdi evlərdə və torpaq sahələrində 7.6 faiz qiymət artımı qeydə alınıb.

Yaşayış binalarında olan mənzillərdə və qeyri-yaşayış sahələrində isə qiymətlər 5.3 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti