...

Qanunsuz qumar oyunlarının qarşısını almaq üçün qanunvericiliyə dəyişiklik edilə bilər

Cəmiyyət Materials 24 May 2023 15:29 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi və "Azərlotoreya" qanunsuz qumar oyunları olan totalizatorların təşkilinin qarşısının alınması məqsədilə qanunvericiliyə dəyişiklik etməyi təklif edir.

Trend çərşənbə günü xəbər verir ki, bunu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

"Problem ondadır ki, qumar oyunları ilə bağlı təkliflər saytlarda və sosial şəbəkələrdə geniş yayılıb. Bunlardan bəziləri xaricdə qeydiyyatdan keçirilib və inanıram ki, yaxın zamanda milli qanunvericilikdə bununla bağlı məhdudiyyətlər qoyulacaq", - o deyib.

Elnur Əliyev qeyd edib ki, qanunsuz qumar oyunları olan totalizatorlar cəmiyyət üçün ciddi təhlükə törədir. Belə ki, onlar oyun asılılığına gətirib çıxarmaqla vətəndaşların maddi rifahına təsir göstərə bilər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti