...

Mina partlayışlarının təxminən 70 faizi əvvəlki təmas xəttindən arxada baş verib - Samir Poladov

Cəmiyyət Materials 26 May 2023 11:21 (UTC +04:00)
Mina partlayışlarının təxminən 70 faizi əvvəlki təmas xəttindən arxada baş verib - Samir Poladov
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İndiyə qədər qeydə alınan mina partlayışlarının təxminən 70 faizi əvvəlki təmas xəttindən arxada baş verib.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfransda çıxışında ANAMA idarə heyətinin sədrinin müavini Samir Poladov bildirib.

O qeyd edib ki, tikinti-quruculuq işləri üçün ilk növbədə bu ərazilər minalardan təmizlənməlidir: "Bu ərazilərdə kasetli sursatlar, piyada və tank əleyhinə minalar, partlamamış sursatlar aşkar olunur. Ən çox rast gəlinən minalar plastik minalardır. Bunlar Ermənistanda istehsal olunan minalardır. Ermənistanda istehsal olunan bu minalar Rusiyada istehsal olunan minaların bir növ surətidir, amma müəyyən dərəcədə fərqlənirlər".

O deyib ki, Azərbaycana verilən xəritələrin yalnız 25 faizinə inanmaq olar: "Statistika göstərir ki, indiyə qədər mina partlayışlarının 70 faizi əvvəlki təmas xəttindən arxada baş verib".

Onun sözlərinə görə, ANAMA-nın hədəfi təmizlənən ərazilərin sahəsini illik 50 min hektara çatdırmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti