...

Kür-Bakı su magistral kəmərinin qəzalı hissəsi dəyişdiriləcək

Cəmiyyət Materials 26 May 2023 16:01 (UTC +04:00)
Kür-Bakı su magistral kəmərinin qəzalı hissəsi dəyişdiriləcək
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Kür-Bakı su magistral kəmərinin qəzalı olan 76 km-lik hissəsi bu ilin sonundan dəyişdirilməyə başlanılacaq.

Trend-in məlumatına görə, bunu "Azərsu " ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə Xəzər suyunun şirinləşdirilməsi üçün zavod Ələt qəsəbəsində tikiləcək.

"Həmin su da magistral kəmərlə Bakıya gətiriləcək. Ona görə Kür-Bakı su kəmərinin qəzalı hissəsi dəyişdiriləcək".

Qeyd edək ki, "Azərsu" ASC-də brifinq keçirilir. Brifinqdə bildirilib ki, sudan israfçılığın qarşısını almaq üçün hazırlanan tədbirlər planına uyğun olaraq hər bir rayon üzrə yaradılan xüsusi qruplar mayın 1-dən fəaliyyətə başlayıb.

Xəbər lenti

Xəbər lenti