Bakı. Trend:
Televiziyalarda ailə məsələləri, konfliktlər, cinayət hadisələri və təbii fəlakətlərlə bağlı informasiyalar daha çox marağa səbəb olur.
Trend-in məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin nümayəndəsi Səbinə Seyidova “Audiovizual mediada uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masada deyib.
O bildirib ki, sosial xarakterli proqramlarda uşaq hüquqlarının pozulması faktlarına rast gəlinir: "Bəzən uşaqların siması açıq şəkildə efirə verilir. Bu da peşə etikasına ziddir".