...

Azərbaycanda bu tarixlərdə geomaqnit qasırğası gözlənilir

Cəmiyyət Materials 30 May 2023 12:58 (UTC +04:00)

Bakı. Trend:

Hal-hazırda geomaqnit sahəsi sakitdir.

Trend bununla bağlı Şamaxı Astrofizika Rəsədxanasından məlumat alıb.

Qeyd edilib ki, Günəş küləyinin sürətinin mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri ilə yenidən sürətlənəcəyi gözlənilir.

Geomaqnit sahəsinin CH HSS-in təsiri ilə 31 may - 1 iyun tarixlərində aktiv olacağı, 1-4 iyun tarixlərində isə geomaqnit qasırğası (G1) gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti