...

Qaradağda ümumrayon iməcliyi keçirilib (FOTO)

Cəmiyyət Materials 3 İyun 2023 12:43 (UTC +04:00)
Qaradağda ümumrayon iməcliyi keçirilib (FOTO)

Bakı. Trend:

Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı ümumrayon iməcliyi keçirilib

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının şəhər və rayonlarında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müxtəlifyönümlü tədbirlər həyata keçirilir.

Qaradağ rayonunda da rayon İcra Hakimiyyəti başçısının imzaladığı Tədbirlər Planına əsasən müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

03 iyun 2023-cü il tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı Bosşelf MMC, Gəmiqayırma Zavodu, İmprotex MMC, MAN Servis, 18 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsi, Qoç Ət, 2 saylı Yol İstismar İdarəsi, Qaradağ Şüşə Zavodu və digər rayonda fəaliyyət gösətərən idarələr, təşkilatlar və müəssisələr Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən iməclikdə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti