Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında yeni internat məktəbi binası inşa ediləcək.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.
Layihənin icraçısı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetidir. Bu layihənin məqsədi aztəminatlı və xüsusi himayəyə ehtiyacı olan uşaqların təhsil imkanlarının genişləndirilməsidir.