...

Qaydanı pozan taksi operatorları 40 min manat cərimə ediləcək

Cəmiyyət Materials 12 İyun 2023 11:03 (UTC +04:00)
Qaydanı pozan taksi operatorları 40 min manat cərimə ediləcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qaydanı pozan taksi operatorları 40 min manat cərimə ediləcək.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər iyirmi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.

Qeyd edək ki, qanunvericiliyə təklif edilən dəyişikliyə əsasən, taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumları, buraxılış kartları, buraxılış vəsiqələri və digər tələblər müəyyən edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti