Bakı. Trend:
Orta mətkəbdə "Son zəng" tədbirində kriminal mahnının səsləndirilməsi məsələsi Milli Məclisdə qaldırılıb.
Trend-in məlumatına görə, deputat Naqif Həmzəyev bu hadisədən narahatlığını ifadə edib.
O qeyd edib ki, Elm və Təhsil Nazirliyi, digər aidiyyəti qrumlar məsələ ilə bağlı araşdırma aparmalıdır. “Kriminal mahnılara orta məktəbdə necə yer verilə bilər? Konkret qrumlar bu məsələni nəzarətə götürməlidir”, - deyə deputat bildirib.
Spiker Sahibə Qafarova isə deputata məsələ ilə bağlı faktları toplayıb təqdim etməyi tövsiyə edib.