...

Qəbul imtahanlarının ölkə birincisi Bakı Ali Neft Məktəbini seçdi

Cəmiyyət Materials 21 İyun 2023 09:59 (UTC +04:00)
Qəbul imtahanlarının ölkə birincisi Bakı Ali Neft Məktəbini seçdi

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzinin (DİM) 2023/2024-cü tədris ili üzrə keçirdiyi qəbul imtahanlarında ən yüksək bal toplayaraq Azərbaycan birincisi adını qazanan abituriyent Cavid Nəzərov SOCAR-ın Bakı Ali Neft Məktəbini seçir.

I ixtisas qrupunun və bütün qrupların lideri buraxılış imtahanında 295,8, blok imtahanında 397 olmaqla ümumilikdə 692,8 bal toplayıb. O, SOCAR-ın Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi olmaq arzusundadır.

Cavid Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti