...

İşəgötürənin müdafiəsi modelinə keçsək, işçilərə haqsızlıq olar - Sahil Babayev

Cəmiyyət Materials 21 İyun 2023 12:32 (UTC +04:00)
İşəgötürənin müdafiəsi modelinə keçsək, işçilərə haqsızlıq olar - Sahil Babayev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bizim əmək qanunvericiliyimiz daha çox sosial yönümlüdür. Bunun işçilərin hüquqlarının qorunması baxımından çox müsbət tərəfləri var. Lakin digər tərəfdən böyük problem də yaradır.

Trend-in məlumatına görə, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "İnsan Resursları Zirvəsi 2023" tədbirində panel çıxışı zamanı deyib.

O bildirib ki, əgər işəgötürən üçün sabah hansısa işçini işdən çıxarmaq çətin olacaqsa, həmin işçini əmək müqaviləsi olmadan çalışdıracaq və bu da qeyri-formal məşğulluğa vüsət verəcək.

"Bu, sosial modelin yaratdığı fəsadlardan biridir. Digər tərəfdən özəl sektorun genişlənməsinə çətinlik yaradan istiqamətlərdən biridir. Lakin biz işəgötürənin müdafiəsinə əsaslanan modelə keçsək, işçilərə qarşı haqsızlıq olar. Ona görə də balansın qorunması çox önəmlidir",- deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti