...

Bakı Ali Neft Məktəbində Landau məktəbliləri mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 23 İyun 2023 10:35 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində Landau məktəbliləri mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) "LANDAU School Local Curriculum" şagirdlərinin mükafatlandırılma mərasimi keçirilib.

Mərasimdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov şagirdləri təbrik edərək onlara uğurlar arzulayıb. Rektor qeyd edib ki, BANM şagirdlərin uğurlarının mükafatlandırıldığı bu cür tədbirlərə ev sahibliyi etməkdən məmnundur.

Qeyd edək ki, "LANDAU School"un Azərbaycan və rus bölmələrinin şagirdləri cari tədris ilinin oktyabr ayından etibarən ilk dəfə yerli və beynəlxalq olimpiadalara qoşulublar. Bu müddət ərzində onlar SASMO, AMO, FISO, ölkə üzrə ilk dəfə keçirilmiş Ana Dilim, həmçinin riyaziyyat və ingilis dili üzrə olimpiadalar olmaqla, 10-a yaxın bilik yarışmasında iştirak ediblər. Ümumilikdə 250 şagird olimpiadalarda mükafatlandırılıb. Qaliblərin bəziləri bir neçə mükafat qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti