...

Sertifikatlaşdırma imtahanlarının son günüdür

Cəmiyyət Materials 24 İyun 2023 09:59 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 24-ü sertifikatlaşdırma imtahanlarının son günüdür. Bu gün dövlət ümumi təhsil müəssisələrində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün imtahanlar keçirilir.

Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, prosesə 8 500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi cəlb olunub.

Test imtahanları ölkə üzrə 13 müxtəlif şəhərdə təşkil edilmiş 23 mərkəzdə keçirilir.

Qeyd edək ki, sertifikatlaşdırma müəllimlərin davamlı inkişaf prosesidir. Sertifikatlaşdırmadan keçən müəllimlər tədris prosesində daha üstün səriştə və bacarıq sərgiləyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti